İş barədə məlumat:
- İş yeri: Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
- Tam ştat
Təsvir:
- Region filiallarının İnsan Resursları nümayəndələri ilə sıx əməkdaşlıq edərək işə qəbul prosesini koordinasiya etmək;
- Regionlar üzrə cari və gələcək işçi ehtiyacını təhlil etmək, planlamada aktiv iştirak etmək;
- İşçi ehtiyacını qarşılamaq üçün işə qəbul strategiyalarını hazırlamaq və tətbiqinə dəstək vermək;
- Kritik vəzifələr üzrə namizəd bazasını formalaşdırmaq, daim aktual saxlamaq (talent pool);
- Uyğun namizədlərin cəlb edilməsi üçün effektiv axtarış və cəlbetmə üsulları hazırlamaq və tətbiq etmək;
- Regionlarda işə qəbul prosesini aktiv nəzarətdə saxlayaraq mərhələ-mərhələ izləmək və nəticələri təmin etmək;
- Regionlarda istifadə olunan işəgötürmə kanallarını optimallaşdırmaq, səmərəliliyi artırmaq;
- Regionlarda ali və peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq qurmaq, karyera təşəbbüslərində iştirak etmək;
- Elanların hazırlanması və təsdiqi, namizədlərin axtarışı, ilkin yoxlanışı (screening) və seçimi proseslərində iştirak etmək;
- Namizədin müraciətdən işə qəbuladək bütün təcrübəsini idarə etmək (candidate experience);
- Çıxış müsahibələrini təşkil etmək, nəticələri təhlil edib müvafiq tövsiyələr hazırlamaq;
- İstiqamət üzrə aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İşə qəbul proseslərini mövcud qanunvericilik və şirkətin daxili prosedurlarına uyğun icra etmək.
Tələblər:
- Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Biznesin idarə edilməsi, Menecment, Psixologiya, Sosiologiya, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İşə qəbul/talent acquisition sahəsində minimum 2 il təcrübə;
- Sahə üzrə sertifikatların olması arzuolunandır;
- Azərbaycan dili – səlis (şifahi və yazılı), rus və ingilis dilləri arzuolunandır;
- Sosial media kanalları və ATS proqramları ilə iş təcrübəsi;
- Regionlara ezamiyyətlərə açıq olmaq.
Biz nə təklif edirik?
- Şirkət tərəfindən könüllü tibbi sığorta;
- Stabil iş qrafiki: B.e – C. (09:30–18:30);
- Rahat ofis mühiti: Bakı, Qafqaz Business Center;
- Peşəkar komanda ilə inkişaf və karyera imkanları.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.