Təsvir
- “Prime Cotton” MMC-nin fəaliyyəti ilə bağlı biznes prosesləri müəyyən etmək və müvafiq qaydada sənədləşdirmək;
- Şirkətin İnteqrasiya edilmiş Menecment Sisteminin (sonradan “İMS” adlanacaq) tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
- İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
- İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
- Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
- Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
- Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
- Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
- Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
- İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək;
- Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
- Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
- Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
- Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
- Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
- Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
- Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.
Məsuliyyətlər:
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
- Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
- Fəaliyyəti ilə bağlı təyin olunmuş hədəflərə nail olmaq;
- Şirkətdə qüvvədə olan daxili normativ sənədlərin tələblərinə və fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etmək;
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) ilə bağlı daxili sənədlər və müvafiq qanunvericilik tələblərinə riayət etmək.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
Sertifikatlar:
Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:
- ISO 9001:2015 – Quality Management Systems Auditor
Dil bilikləri: Azərbaycan, İngilis (Rus dili – arzu olunandır);
Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;
Texniki biliklər:
- “ISO 9000:2015 Quality management systems — Fundamentals and vocabulary” standartı üzrə biliklər;
- “ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;
- “ISO 19011:2018 Guidelines for auditing management systems” standartı üzrə biliklər;
- ISO 14001:2015, ISO 45001:2018 və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
- Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).
Səriştə və bacarıqlar:
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Dəqiqlik və detallara diqqət göstərmək bacarığı;
- Yüksək səviyyədə aktiv dinləmə bacarığı;
- Komanda daxilində işləmək bacarığı;
- Zamanın idarə edilməsi və tapşırıqların prioritetləndirilməsi;
- Təqdimat bacarıqları.
Vakansiya haqqında
Son tarix dekabr 19, 2024
Paylaşılıb noyabr 20, 2024
Vakansiya növü Tam ştat