MKT İstehsalat Kommersiya MMC MKT İstehsalat Kommersiya MMC
  • 349

MKT İstehsalat Kommersiya MMC

Agricultural Products

Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)

  • Истекает 25 декабрь 2025

Təsvir:

  • Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq yoxlamaların aparılması, tələb olunan sənədlərin doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
  • Daxil olan mal-materialın tələblərə uyğunluğunun və tamlığının (xarici zədələrin) yoxlanılması və rəy bildirilməsi;
  • Mal-materialın və hazır məhsulun anbarlarda saxlanması prosedurunun tələblərinə riayət olunmasının yoxlanılması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Fəaliyyətindən irəli gələn yerli qanunvericiliyin, Cəmiyyətin təsdiq etdiyi siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı birbaşa rəhbərinə mütəmadi olaraq aylıq hesabatların hazırlanıb təqdim edilməsi;
  • İş prosesindən irəli gələn zərurət nəticəsində verilən konkret tapşırıq və göstərişlərin yerinə yetirilməsi;
  • Müəyyən edilmiş zaman aralığında təsdiq etdiyi müşahidə/nəzarət yoxlamalarının aparılması, müvafiq formaların doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
  • Regionlarda olan filialların keyfiyyətə nəzarət üzrə mütəxəssislərinin və laboratoriya əməkdaşlarının işinə nəzarət edilməsi;
  • Cəmiyyətdə qəbul olunmuş qayda və prosedurlara riayət edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə sertifikatların olması üstünlük sayılır;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dillərini bilmək arzu olunandır);
  • NOP, GOTS və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiə normaları və qaydaları barədə məlumatlılıq;
  • Kənd təsərrüfatı məhsullarının becərilməsi qaydaları və KTN üzrə hüquqi normativlər barədə məlumatlılıq;
  • Giriş nəzarəti qaydaları barədə məlumatlılıq;
  • Vizual müayinə və laboratoriya sınaqları üzrə qaydalar barədə məlumatlılıq;
  • Görülən işlərin sənədləşdirilməsi metodika və qaydaları üzrə biliklər;
  • Ölçü cihazlarından istifadə bacarığı;
  • MS Office (Word, Excel, PowerPoint), MS Visio proqramları ilə işləmək bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək bacarığı;
  • Dəqiqlik və detallara diqqət;
  • Yüksək səviyyədə aktiv dinləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı;
  • Təqdimat bacarıqları.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 5-8 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily73
  • Weekly292
  • Monthly1929