Təsvir
- Potensial investisiya layihələri və biznes təşəbbüsləri üzrə mürəkkəb maliyyə modellərinin hazırlanması, saxlanılması və təkmilləşdirilməsi;
- Strateji qərarların qəbulunu dəstəkləmək məqsədilə texniki-iqtisadi əsaslandırmaların və ətraflı xərclər-fayda analizlərinin aparılması;
- Maliyyə hesabatlarının, bazar meyillərinin və makroiqtisadi göstəricilərin təhlili vasitəsilə maliyyə nəticələrinin proqnozlaşdırılması;
- Model parametrlərinin dəqiqliyini təmin etmək məqsədilə daxili maraqlı tərəflərlə əməkdaşlıq edərək fərziyyələrin toplanması və doğrulanması;
- Maliyyə modellərinin nəticələrinin və təhlil edilmiş məlumatların rəhbərliyə və müvafiq komitələrə təqdim olunması.
Tələblər
- Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Maliyyə modelləşdirilməsi, investisiya təhlili və ya korporativ maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- Excel və maliyyə modelləşdirmə alətlərində yüksək səviyyəli biliklər: Python, Power BI və ya oxşar platformalar üzrə təcrübə üstünlükdür;
- Güclü analitik düşüncə, problem həll etmə və ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.