İş barədə məlumat:
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müştərilərlə müqavilələrin bağlanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;
- Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti;
- İcra edilən maliyyə-təsərrüfat əməliyyatlarının (bank ödənişləri , e-qaimə, alışlar, satışlar, əmək haqqı və s) gündəlik 1 C proqram bazasında düzgün əks etdirilməsi və 1 C -də müvafiq hesablarının qalıqlarına nəzarət;
Əsas tələblər:
- Staj: 1 il
- Yaş: 20 — 35 yaş
- Təhsil: Ali təhsil (bakalavr)
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- 1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- Ünvan: Abşeron Ticarət Mərkəzi (Lökbatan dairəsinin yaxınlığı)
- İş rejimi: Tam iş günü (5 gün)
- İş qrafiki: I-V günlər 09:00-dan 17:00-dək, istirahət günü: şənbə və bazar;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
- Əmək haqqı: 700 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Cv formasında şəkil olması mütləqdir.