Vəzifə öhdəlikləri:
- Müvafiq dövlət, özəl qurumlar və xarici şirkətləri tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin gündəlik (etender.gov.az, intb.az, tender.az və s.) monitorinqi və müəyyən edilməsi;
- Tender proseslərində iştirak və qalibiyyət şansını artırmaq üçün təkliflərin optimallaşdırılması.
- Tender sənədlərini hazırlamaq, bütün texniki və hüquqi tələblərə uyğunluğunu təmin etmək.
- Müsabiqə zamanı şirkətin maraqlarını qorumaq və rəsmi yazışmaları aparmaq.
- Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.
- Dialux planın yığılması ilə bağlı təlim keçildikdən sonra bununla əlaqədar işlərin icra edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 800 AZN + Satışa uyğun bonus
- İş vaxtı: 9.00 – 17.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
- Ünvan: Abşeron Ticarət Mərkəzi (Lökbatan dairəsinin yaxınlığı)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- Təhsil: Ali təhsil (iqtisadiyyat və əlaqəli sahələr üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
- Qadın namizəd
- Yaş həddi – 20-35
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "Tender və korporativ satış üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərsinlər.