Namizəddən tələblər:
- Ali təhsilli olması
- İnsan Resursları üzrə minimum 1il iş təcrübəsi
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı
- ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformalarında sərbəst işləmə bacarığı
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
Əsas vəzifə öhdəlikləri:
- Müvafiq kadr əmrlərinin hazırlanması ( işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əməkhaqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi
- Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi
- Müxtəlif arayışların təmin edilməsi
- Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş rejimi
- Əməkhaqqı müsahibə nəticəsində təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.