Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir.
Vəzifə öhdəlikləri
- Şirkət tərəfindən müəyyən edilmiş marşrut və çatdırılma qrafikinə uyğun olaraq məhsulların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
- Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, çatdırılma zamanı müvafiq sənədləşməni həyata keçirmək;
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq, çatdırılma ilə bağlı məlumatları təqdim etmək və müştəri rəylərini rəhbərliyə çatdırmaq;
- İdarə etdiyi nəqliyyat vasitəsinin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Marşrut üzrə yaranan dəyişikliklər və çatdırılmaya təsir edə biləcək hallar barədə birbaşa rəhbəri məlumatlandırmaq.
Tələblər
- Minimum 2 il müvafiq iş təcrübəsi (şəbəkələr üzrə təcrübə mütləqdir)
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- İşə planlı yanaşma;
- Komandada işləmək bacarığı;
- Öz üzərində daim çalışmaq və təşəbbüskarlıq;
- Rus dilini bilmək üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Sürücü-ekspeditor” qeyd etməklə göndərə bilərlər.