Tələblər:
- Ali təhsil
- Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili biliyi arzuolunandır.
- MS Office proqramları ilə işləmək bacarığı
- Ünsiyyətqurma və komanda ilə işləmək qabiliyyəti
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Analitik düşünmə və operativ qərarvermə bacarığı.
.Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan müraciətləri qəbul etmək, sorğu, şikayət və təklifləri nəzakətli şəkildə cavablandırmaq
- Şirkətin məhsul və xidmətləri haqqında düzgün məlumat vermək
- Müraciətləri müvafiq sistemdə qeydiyyata almaq, aidiyyəti şöbələrə yönləndirmək və icrasına nəzarət etmək
- Müştəri məmnuniyyətini təmin etmək, xidmət keyfiyyətini artırmaq və peşəkar ünsiyyət standartlarına riayət etmək
- Şirkətdaxili qaydalara, əmək intizamına və məxfilik prinsiplərinə əməl etmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək, təlim və inkişaf proqramlarında iştirak etmək.
İş şərtləri:
- İş qrafiki: Növbəli iş rejimi
- İş yeri: Yasamal rayonu, Musabəyov parkı yaxınlığı Mirəli Seyidov küç. 28/30
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Çağrı mərkəzi operator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2655&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.