“Prior Leasing” şirkəti bölgələrdə rəsmi Təcrübə Proqramını elan edir!
Satış, lizinq və müştəri xidmətləri sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclər və yeni məzunlar fürsətdən yararlana bilərlər.
Proqram haqqında:
- Müddət: 3 ayadək
- İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
- Əməkhaqqı: 200 AZN
- Şərtlər: Təcrübəçilərlə əmək müqaviləsi bağlanılır və hər iştirakçıya mentor təyin olunur
Proqram zamanı nə əldə edəcəksiniz?
- Satış və lizinq prosesləri ilə tanışlıq
- Müştəri xidmətlərində təcrübə
- Şirkətdaxili prosedurlarla tanışlıq
- Peşəkar iş mühitində təcrübə
Namizədlərə tələblər:
- Ali təhsil
- B kateqoriya sürücülük vəsiqəsi
- Ünsiyyət bacarıqları və öyrənməyə həvəs
- Komanda ilə işləmə bacarığı
Təcrübə proqramı aşağıdakı filiallarda keçiriləcək:
- Şəmkir filialı
- Saray filialı
- Bərdə filialı
- Cəlilabad filialı
- Gəncə filialı
- İmişli filialı
- Quba\Xaçmaz\Qusar filialı
- Salyan filialı
- Şəki filialı
- Ucar\Göyçay filialı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bölgələr üzrə Təcrübə Proqramı” yazaraq elektron poçt ünvanına [email protected] , 050 273 04 92 whatsapp nömrəsinə və ya https://careers.ram.az/?vacancy=2013&source=UC_HBS8ZI linki vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.