Prior Leasing Prior Leasing
  • 312

Əməliyyatlar üzrə mütəxəssis (lizinq sənədləri üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməliyyatlar üzrə mütəxəssis (lizinq sənədləri üzrə)

  • Истекает 17 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, normativ-hüquqi sənədlərin aparılması, daxili normativ sənədlərin tərtibinə dair mükəmməl biliklərə sahib olmaq;
  • Kredit və lizinq sənədləri ilə işləmək bacarığı üstünlükdür,
  • Bank, BOKT, İnvestisiya və Maliyyə sahəsində iş təcrübəsi üstünlükdür;
  • Diqqətli, nizamlı, komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Müştəriyə aid sənədlər toplusunu müvafiq qaydalara əsasən yığmaq və yoxlamaq
  • Qovluqların tərkibinə əsasən sənədləri çap etmək, sənədlər toplusunu qaydasına salmaq və rəhbərliyə imza üçün təqdim etmək
  • Lizinq müqvilələrinin yoxlamaq və arxivləşdirmək 
  • Müvafiq orqanlarına sənəd toplusunu yönləndirmək, elektron sənədləri təhvil vermək və zəruri hallarda elektron sistemlərdə qeydiyyatını aparmaq
  • Sənədlərin müvafiq qaydada arxivləşdirilməsini təşkil etmək
  • Öhdəliklərin icrası zamanı məhsul şərtlərini və daxili prosedurları rəhbər tutmaq
  • İş fəaliyyətinə dair hesabatları vaxtında təqdim etmək

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 08:30-17:30
  • Karyera inkişafı imkanları
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətlərini mövzu hissəsinə “Əməliyyatlar üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.   

  • Daily0
  • Weekly0
  • Monthly1759