Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat , menecment, maliyyə və ya oxşar ixtisas üzrə);
- Bank və ya satış sektorunda azı 3 il rəhbər təcrübəsi;
- Satış və idarəetmə bacarığı;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
Vəzifə funksiyaları:
- Fəaliyyət göstərdiyi filial tərəfindən biznes proseslər, müştəri məmnuniyyəti və digər keyfiyyət standartlarının düzgün və səmərəli formada tətbiq edilməsini təmin etmək;
- Filialın müştəri bazasını genişləndirmək;
- Filial əməkdaşları arasında iş bölgüsü aparmaq;
- Filialda müştəri xidmətlərinin keyfiyyətinin yüksək səviyyədə olmasını təşkil etmək;
- Filial üzrə kredit və satış hədəflərinə çatmaq;
- Bütün kredit emal prosesinin daxili qaydalara uyğun olaraq tətbiq edilməsini təşkil etmək;
- Monitorinq planına uyğun olaraq işi planlaşdırmaq və icrasına nəzarət etmək;
- Rəhbərliyə müvafiq hesabatları vaxtı vaxtında təqdim etmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00
- Karyera inkişafı imkanları
- İş yeri: Quba şəhəri, Heydər Əliyev prospekti 199a, (Quba Rayonu İcra Hakimiyyətinin yaxınlığında)
- Əmək haqqı: Müsahibə əsasında
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Filial müdiri” və qarşısında müvafiq regionu yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.