Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsinə malik olmalı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office və 1C 8.3 proqramları ilə sərbəst işləməyi bacarmalı;
- Komandada işləməyi bacarmalı, stressə davamlı olmalı
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;
- Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;
- İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;
- Əməkdaşlara lazım olan arayışları tərtib etmək;
- Dövlət Məşğulluq İdarəsinə aylıq hesabatların təqdim edilməsi ilə bağlı maliyyəyə müvafiq məlumatları təqdim etmək;
- Cəmiyyətin tərəfdaşlıq etdiyi rabitə şirkətinin kuratoru olaraq bütün cari işləri yerinə yetirmək;
- Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və öz rəhbərinə təqdim etmək
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1274 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.