Prior Leasing Prior Leasing
  • 554

İnsan Resursları üzrə Mütəxəssis

  • Deadline 16 October 2025

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office və 1C 8.3 proqramları ilə sərbəst işləməyi bacarmalı;
  • Komandada işləməyi bacarmalı, stressə davamlı olmalı

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;
  • İşçilərin şəxsi işlərini  formalaşdırmaq və sistemləşdirmək;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;
  • Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;
  • İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;
  • Əməkdaşlara lazım olan arayışları tərtib etmək;
  • Dövlət Məşğulluq İdarəsinə aylıq hesabatların  təqdim edilməsi ilə bağlı maliyyəyə müvafiq məlumatları təqdim etmək;
  • Cəmiyyətin tərəfdaşlıq etdiyi rabitə şirkətinin kuratoru olaraq bütün cari işləri yerinə yetirmək;
  • Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və öz rəhbərinə təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Çinarpark biznes mərkəzi.

Müraciət üçün:

Linkə keçid edərək https://careers.ram.az/?vacancy=1276&source=UC_HBS8ZI Və ya  “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz. 

  • Daily0
  • Weekly370
  • Monthly1691