Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq İnsan Resursları üzrə müvafiq əməliyyatları həyata keçirmək;
- İşçilərin əmək müqavilələrini hazırlamaq, bağlanmış müqavilələrə xitam vermək, ƏMRlərin tərtibi və s. bu kimi sənədləşmə işlərini AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında aparılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
- Aylıq tabelləri tərtib etmək;
- Müvafiq dövlət portallarında gündəlik əməliyyatları icra etmək;
- İşçilərin məzuniyyət uçotunu aparmaq;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq və mütəmadi yeniləmək;
- Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;
- İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;
- Dövlət qurumlarına aylıq hesabatların təqdim edilməsi məqsədilə mühasibatlıq şöbəsinə müvafiq məlumatları təqdim etmək;
- Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və İR rəhbərə təqdim etmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- Ünvan: Çinar Park (N.Nərimanov)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.