Kopirayter / Kontent yazarı

  • Истекает 12 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər:

  • Ali təhsil (Jurnalistika, Filologiya, Marketinq, PR və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
  • Kopirayter və ya kontent müəllifi kimi  1–2 il iş təcrübəsi
  • Azərbaycan dilində qrammatik, orfoqrafik və üslubi cəhətdən düzgün yazı bacarığı
  • Əvvəlki işlərdən ibarət portfolio təqdim etmək
  • Sosial media, reklam və kreativ mətnlərin hazırlanması bacarığı
  • SEO mətn yazarlığının əsaslarını bilmək
  • Kənd təsərrüfatı, texnika və B2B sahələrinə maraq və yeni bilikləri mənimsəmək
  • Yaradıcılıq, məsuliyyət, təşəbbüskarlıq və son tarixlərə riayət etmək bacarığı
  • Marketinq, satış və dizayn komandaları ilə işləmək bacarığı
  • Süni intellekt alətlərindən (ChatGPT, Claude və s.) istifadə bacarığı üstünlükdür
  • Regionlara işgüzar səfərlərə hazır olmaq.

Vəzifə öhdəlikləri:

  • Instagram, Facebook, LinkedIn və YouTube üçün post, reklam mətnləri və video ssenarilərinin hazırlanması
  • Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi
  • Texniki məhsul məlumatlarının sadə, anlaşıqlı və satışyönümlü mətnlərə çevrilməsi
  • Sayt, məhsul kartları, kataloq, broşür və SEO-ya uyğun bloq məqalələri üçün mətnlərin yazılması
  • Press-relizlərin, rəsmi açıqlamaların, kommersiya təkliflərinin və təqdimat mətnlərinin hazırlanması
  • Dizayn və video komandaları ilə koordinasiyalı işləmək, tədbirlərdən və regional səfərlərdən kontent materiallarının hazırlanmasında iştirak etmək
  • Hazırlanan mətnlərin keyfiyyətinə, dəqiqliyinə və vaxtında təhvil verilməsinə nəzarət etmək
  • Kontentin nəticələrini izləmək və mətnlərin effektivliyini artırmaq üçün təkliflər vermək.

İş şərtləri

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kopirayter/Kontent Yazarı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya  https://careers.ram.az/?vacancy=2645&source=UC_HBS8ZI linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.

  • Daily57
  • Weekly145
  • Monthly1003