Məhsul üzrə Mütəxəssis

  • Истекает 16 февраль 2026

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili səlis, rus və ya ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Sahə üzrə minimum 1 il təcrübə olmalı (Brend idarəetməsində çalışmış şəxslərə üstünlük veriləcək);
  • Ezamiyyətlərə (ölkədaxili və ölkəxarici) hazır olmalı.

Vəzifə öhdəlikləri:  

  • Məhsul qiymətləri, satış taktikaları və satış strategiyalarının hazırlanması üçün təkliflər irəli sürmək; 
  • Məhsullara olan təlabatı təyin etmək və sifarişlərin formalaşmasında iştirak etmək; 
  • Müvafiq sənədləşmə və danışıqlar aparmaq;
  • Texnikanın texniki təsnifat sənədlərini hazırlamaq; 
  • Tender araşdırmalarında dəstək göstərmək, texniki göstəriciləri almaq;
  • Tender üçün texnika və qiymət təkliflərinin verilməsində dəstək göstərmək;
  • Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq etmək;
  • Texnikaların spesifikasiyalarının olduğu bukletlərin hazırlanması üçün mətnləri yığmaq; 
  • Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1100-1200 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul üzrə Mütəxəssis” yazaraq [email protected]  ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2221&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.   

  • Daily17
  • Weekly644
  • Monthly1431