Pərakəndə Lizinq Məsləhətçisi (Xaçmaz filialı)

  • Истекает 28 февраль 2026

İş yeri: Xaçmaz filialı

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda 2 il iş təcrübəsi;
  • İşdə düzgünlük və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət və diqqətlilik;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərlə düzgün işləmə bacarığı.

​​​​​​​Vəzifə öhdəlikləri:

  • Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
  • Müştəri ilə görüş təşkil etmək, mövcud biznesin maliyyə təhlilini aparmaq və növbəti mərhələyə keçirmək;
  • Sənədələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
  • Memorandumları təsdiqləmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
  • Müştərinin ödəniş tapşırığı hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə təqdim etmək;
  • CRM üzərindən müvafiq qeydləri aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
  • Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirilən ödənişlərə dair işləri daxili qaydalara uyğun aparmaq.

Qeyd: şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir (yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq)

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00
  • Karyera inkişafı imkanları
  • Əmək haqqı: Gross + Bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq məsləhətçisi - Xaçmaz” yazaraq [email protected]  və 050 273 04 92 whatsapp nömrəsinə

və ya https://careers.ram.az/?vacancy=2159&source=UC_HBS8ZI  linki vasitəsilə bir başa müraciət etmələri xahiş olunur.

  • Daily27
  • Weekly441
  • Monthly448