Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sahəsində ən azı 2 il təcrübə;
- MS Office proqramlarında mükəmməl istifadə bacarığı;
- Komandada işləmə bacarığı;
- Yüksək gərginlikdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin (lizinqlərin) təftişini aparır, onun yaranma səbəbləri barədə təhlillər aparır, bununla bağlı hesabatlar hazırlayır, yığılması yolları və üsulları barədə təkliflər verir;
- Borclunun və ya onun səlahiyyətli nümayəndələri borcun ödənilməsi məsələləri üzrə danışıqların aparılmasını birbaşa icra edir;
- Borcluya yazılı bildirişlərin, tələblərin və digər məktubların göndərilməsini təşkil edir;
- Kredit (lizinq) üçün götürülmüş əmlakı monitorinq edir və ehtiyac olduğu halda onun müvafiq qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilməsini təşkil edir;
- Kredit(Lizinq) portfelinin bütövlükdə keyfiyyətinə nəzarət edir. Kredit(Lizinq) işçiləri ilə birlikdə problem yaranan və ya keçirilməsi şübhəli bilinən kreditlər(lizinqlər) üzrə təkrar monitorinq keçirir;
- Problemli kreditlərin(lizinqlərin) müvafiq sənədlərini hazırlayıb hüquq şöbəsinə təqdim edir;
- Problemli kreditlərin(lizinqlərin) idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarını icra edir.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Əmək haqqı: 1000 AZN;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Problemli kreditlər üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.