Problemli kreditlər üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Problemli kreditlər üzrə mütəxəssis

  • Deadline 21 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil; 
  • Problemli kreditlər sahəsində minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Problemli kreditlərin (lizinqlərin) təftişini aparır, onun yaranma səbəbləri barədə təhlillər aparır, bununla bağlı hesabatlar hazırlayır, yığılması yolları və üsulları barədə təkliflər verir;
  • Borclunun və ya onun səlahiyyətli nümayəndəsi(lər)i ilə borcun ödənilməsi məsələləri üzrə danışıqların aparılmasını birbaşa icra edir;
  • Borcluya yazılı bildirişlərin, tələblərin və digər məktubların göndərilməsini təşkil edir;
  • Kredit (lizinq) üçün götürülmüş əmlakı monitorinq edir və ehtiyac olduğu halda onun müvafiq qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilməsini təşkil edir;
  • Kredit(Lizinq) portfelinin bütövlükdə keyfiyyətinə nəzarət edir;
  • Kredit(Lizinq) işçiləri ilə birlikdə problem yaranan və ya keçirilməsi şübhəli bilinən kreditlər(lizinqlər) üzrə təkrar monitorinq keçirir;
  • Problemli kreditlərin(lizinqlərin) müvafiq sənədlərini hazırlayıb Hüquq şöbəsinə təqdim edir;
  • Problemli kreditlərin(lizinqlərin) idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarını icra edir.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Problemli kreditlər üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməkləri və ya https://careers.ram.az/?vacancy=2132&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily101
  • Weekly414
  • Monthly2047