Namizədə olan tələblər:
- Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və b.);
- IT Biznes Analitik, Sistem Analitik, Texniki Analitik və ya İT dəstək üzrə admin kimi 1-2 il təcrübə;
- REST API, SQL, BPMN və ya UML üzrə praktiki biliklər;
- İngilis dili (B1və üzəri);
- Proqramçılar üçün detallı və aydın texniki tapşırıq yazmaq bacarığı;
- Güclü analitika, yüksək diqqət və sistemli yanaşma;
- Komandada işləmə və stakeholder idarəetməsi bacarığı.
Vəzifə öhdəlikləri:
- Bütün aktiv IT/digital layihələrin izlənməsi və koordinasiyası (prioritet, risk, asılılıqlar, timeline) ;
- Departamentlər və stakeholder-lərlə işləyərək tələblərin toplanması, görüşlərin aparılması, nəticələrin sənədləşdirilməsi;
- Vendor developer-lər üçün texniki sənədlərin hazırlanması: SRS/BRD, user story, acceptance criteria, proses təsvirləri;
- Proseslərin BPMN / UML ilə modelləşdirilməsi (as-is / to-be) ;
- API və inteqrasiyalar üzrə iş: Endpoint-lərin, payload-ların, autentifikasiya və error-handling tələblərinin analiz edilməsi;
- İnteqrasiya testlərinə dəstək, nəticələrin yoxlanması;
- Data yoxlamaları və analiz üçün SQL sorğularının yazılması/oxunması;
- CRM/ERP və digər sistemlərdə yaranan incident/error-ların araşdırılması, reproduksiya, log/toplanan məlumatların vendor/IT komandasına ötürülməsi və həllin izlənməsi;
- Zərurət olduqda dövlət qurumları və xarici şirkətlərlə yazışma/koordinasiya.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Layihələr üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2322&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.