Namizədə olan tələblər:
- Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması(mütləqdir)
- Orta təhsil (Ali təhsil üstünlükdür)
- Satış sahəsində iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Qeyd: Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər dəyərləndiriləcəkdir.
İş şəraiti
- Əməkhaqqı - 400 AZN+bonus
- Qeyd - Amortizasiya xərcləri + yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
Vəzifə funksiyaları:
- Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatı müştərilərə çatdırmaq;
- Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
- Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
- Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” və qarşısında müvafiq regionu yazaraq Müraciət et butonunda qeyd olunan ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.