Prior Leasing yaradıcı düşüncəli Videoqraf / Video Editor axtarır.
Namizədə tələblər:
- Video çəkilişi və montaj sahəsində 1–2 il iş təcrübəsi
- Video montaj proqramları, rəng korreksiyası və səs emalı üzrə əsas biliklər
- Sosial media formatları, aktual trendlər barədə məlumatlılıq
- Kamera, işıq və səs avadanlıqları ilə işləmək bacarığı
- Yaradıcı düşüncə, estetik zövq və detallara diqqət
- Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
- Regionlara ezamiyyətə açıq olmaq.
Vəzifə öhdəlikləri:
- Korporativ tədbirlər, reklam kampaniyaları və sosial media kontenti üçün video çəkilişləri planlaşdırmaq və həyata keçirmək
- Çəkiliş avadanlıqlarının hazırlanmasını, quraşdırılmasını və düzgün istifadəsini təmin etmək
- Mövcud videoqrafla birgə çəkilişlərdə iştirak etmək və çəkilmiş materialları montaj etmək
- Videoların montajını, rəng korreksiyasını və səs emalını həyata keçirmək, titrlər və qrafik elementlər əlavə etmək
- Sosial media platformaları üçün qısa və uzun videolar, reklam və korporativ çarxlar hazırlamaq
- Video materialların korporativ üsluba və brend standartlarına uyğunluğunu təmin etmək, kontent planına əsasən vaxtında təhvil vermək
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 iş günü.
- İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Videoqraf / Video editor qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2628&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.