Xarici Satınalma Şöbəsinə Təcrübəçi

  • Истекает 2 май 2026

Tələblər:

  • İqtisadiyyat və ya maliyyə üzrə ali təhsil (və ya son kurs tələbəsi) 
  • Azərbaycan dilində səlist, İngilis dilində yüksək səviyyədə danışıq bacarığı 
  • MS Office proqramları (Word, Excel, Outlook) ilə işləmək bacarığı 
  • Çevik, məsuliyyətli və öyrənməyə açıq olmaq 

Vəzifə funksiyaları:

  • Xarici bazar araşdırmalarında iştirak etmək 
  • Sifariş olunan texnika və aqreqatların çatdırılma prosesini izləmək 
  • Həftəlik hesabatların hazırlanması və aidiyyəti şöbələrlə paylaşılması 
  • Təkliflərin Excel formatında hazırlanaraq rəhbərliyə təqdim edilməsi 

Nə təklif edirik?

  • Dinamik və inkişaf yönümlü iş mühiti 
  • Karyera inkişafı və öyrənmə imkanları 
  • Real iş proseslərində praktiki təcrübə 

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük tam iş həftəsi 
  • İş saatları: 08:30 – 17:30
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Xarici Satınalma Təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2282&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri  xahiş olunur.

  • Daily1
  • Weekly559
  • Monthly384