Pro Con izo MMC Pro Con izo MMC
  • 324

KEYFİYYƏTƏ NƏZARƏT MÜTƏXƏSSİSİ

KEYFİYYƏTƏ NƏZARƏT MÜTƏXƏSSİSİ

  • Deadline 10 November 2026

Əsas vəzifə öhdəlikləri

 

·       Tikinti və izolyasiya işlərinin layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;

·       Sahədə görülən işləri yoxlamaq, aşkar olunan uyğunsuzluqları müəyyənləşdirmək və aradan qaldırılmasına nəzarət etmək;

·       Texniki sənədləri təhlil etmək və işlərin layihəyə uyğunluğunu yoxlamaq;

·       Materialların və görülən işlərin texniki tələblərə uyğunluğunu yoxlamaq;

·       Ölçmə işlərini həyata keçirmək, iş həcmlərini yoxlamaq və müvafiq sənədləşməni aparmaq;

·       Akt, hesabat və digər texniki sənədlərin hazırlanmasını təmin etmək;

·       Layihənin icrası ilə bağlı texniki məsələlərin koordinasiyasında iştirak etmək;

·       Diaqnostik qiymətləndirmə aparmaq və qüsurları müəyyənləşdirmək.

 

Namizədə tələblər

 

·       Ali texniki təhsil;

·       Müvafiq sahədə 3–5 il iş təcrübəsi;

·      MS Office, AutoCAD proqramlarında işləmək bacarığı;

·       Texniki sənədləri oxuma və təhlil etmə bacarığı;

·       Məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyəti;

·       Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Keyfiyyətə Nəzarət Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

  • Daily16
  • Weekly603
  • Monthly853