İşin məzmunu:
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Şirkətin məhsul və xidmətlərinin müştərilərə təqdimatı;
- Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması;
- Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müştərilər tərəfindən ödənişlərin müqavilə şərtlərinə uyğun və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi.
Tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi (inşaat sahəsində təcrübə və müəyyən müştəri bazasının olması);
- Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü iş üslubu;
- MS Office proqramları üzrə biliklər;
- Xarici dil biliyi üstünlükdür;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi üstünlükdür.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək);
- Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz);
- Əmək haqqı namizədin bilik bacarığına əsasən dəyişə bilər;
- İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Layihə satışı üzrə menecer” qeyd etməklə göndərə bilərlər.