Mühasib

  • Истекает 27 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
  • Elektron Vergi İdarəsi (new.e--taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması
  • İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi; ölkə xarici ödənişlərin icrası. 
  • Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.

Namizədə tələblər:

  • Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
  • Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
  • Müvafiq sahədə ən azı 2 il davamlı iş təcrübəsi.
  • İşə qəbul prosesi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, tam rəsmi şəkildə icra ediləcəkdir.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 6 gün
  • Əməkhaqqı: 500-700 AZN (Bilik və bacarıqlara əsasən müsahibə zamanı dəqiqləşdiriləcəkdir)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily76
  • Weekly191
  • Monthly2163