Vəzifə öhdəlikləri:
Boya proseslərinin nəzarətini aparmaq, səth hazırlığı və boya tətbiqi keyfiyyətini yoxlamaq:
Qumlama və boya işləri üzrə müvafiq sınaq, yoxlama və sənədləşmə işlərini aparmaq;
Beynəlxalq boya standartları (ISO, NACE, SSPC və s.) üzrə yoxlamalar aparmaq;
Inspection & Test Plan (ITP), Method Statement və boya prosedurlarının tələblərinin icrasına nəzarət;
Gündəlik inspection report və coating inspection sənədlərinin (RFI) hazırlanması;
Ölçmə cihazlarının kalibrasiya vəziyyətinin yoxlanılması;
Sifarişçi və podratçı nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiya.
Tələblər:
Boya və qoruyucu örtük sistemləri üzrə praktiki iş təcrübəsi; (minimum 3 il)
Beynəlxalq dərəcəli boya inspektoru sertifikatı (SSPC/NACE/BGAS Level 2)
ISO 8501, ISO 8502, ISO 8503, ISO 8504, ISO 12944, SSPC/NACE standartları barədə bilik;
DFT gauge, surface profile gauge, dew point meter, soluble salt tester və digər inspection cihazlarından istifadə bacarığı;
Texniki sənədləri və coating specification-ları oxumaq bacarığı;
Keyfiyyət hesabatlarının hazırlanması;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dili — yaxşı səviyyədə;
İngilis dili — texniki sənədləri oxuya biləcək səviyyədə.
Əmək şəraiti:
• İş yeri: Heydər Əliyev adına Neft Emalı Zavodu.
• İş rejimi: Həftə içi 6 gün. 08:00-17:00.
• Əmək haqqı : 1800-2000 net.