Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif diametrli metal boruların qaynaq işlərini layihə və texniki tələblərə uyğun yerinə yetirmək;
- Boru xətlərinin (su, qaz, isitmə və digər sistemlər üzrə) montajı və qaynaq işlərində iştirak etmək;
- Qaynaq işlərindən əvvəl materialların hazırlanması, kəsilməsi və təmizlənməsi işlərini aparmaq;
- Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək;
- Qaynaq avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək;
- İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək;
- Texniki çertyoj və sxemlərə əsasən qaynaq işlərini yerinə yetirmək;
- Quraşdırılmış boru xətlərinin sızdırmazlığının yoxlanılmasında iştirak etmək;
- Zəruri hallarda təmir və bərpa qaynaq işlərini yerinə yetirmək;
- İş sahəsinin təmiz və səliqəli saxlanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikat;
- Boru qaynaq işləri üzrə minimum 3-5 il iş təcrübəsi;
- Elektrik və qaz qaynaq üsullarını bilməli;
- Texniki çertyojları oxuma bacarığı;
- Qaynaq standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Fiziki cəhətdən sağlam və işə davamlı olmalı;
- Komandada işləmə bacarığı;
- Diqqətli, məsuliyyətli və intizamlı olmalı.
İş şəraiti:
- Əmək haqqı: 1000-1500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
- İş qrafiki 6 günlük, 09.00-18.00;
- Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını Qaynaqçı (Boru işləri üzrə) yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.