İş şəraiti
- İş yeri: Ələsgər Qayıbov 10Q
- İş qrafiki: Tam iş saatı / 09:00 – 18:00
- Əməkhaqqı: Müsahibə əsasında namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
İş barədə məlumat:
- Şirkətimizin mexaniki sistemlər üzrə həyata keçirdiyi layihələr üçün tələb olunan material və avadanlıqların satınalma prosesini tam idarə edəcək məsuliyyətli satınalma mütəxəssisi tələb olunur.
Əsas vəzifələr:
- Bazar araşdırması: Tələb olunan material və avadanlıqlar üzrə yerli və xarici bazarın araşdırılması, yeni təchizatçıların tapılması;
- Qiymət analizi və müqayisə: Təchizatçılardan qiymətlərin alınması, müqayisə edilməsi və ən sərfəli təkliflərin seçilməsi;
- Excel-də təkliflərin hazırlanması: Alınan qiymətlərin və büdcə hesablamalarının Excel cədvəllərində dəqiq şəkildə strukturlaşdırılaraq rəhbərliyə təqdim edilməsi;
- Alış prosesi: Sifarişlərin rəsmiləşdirilməsi və alış əməliyyatlarının operativ həyata keçirilməsi;
- Logistika və nəzarət: Alınan malların vaxtında və təhlükəsiz şəkildə birbaşa sahəyə çatdırılmasına nəzarət edilməsi.
Namizədə tələblər:
- Cins: Bəy namizəd
- Təhsil: Ali təhsil (texniki və ya iqtisadi sahələrə üstünlük verilir);
- İş təcrübəsi: Müvafiq sahə üzrə (tikinti, mühəndislik və ya mexaniki sistemlər üzrə satınalma) ən azı 1-3 il iş təcrübəsi;
- Proqram bilikləri: MS Excel proqramında sərbəst işləmək bacarığı mütləqdir;
- Şəxsi keyfiyyətlər: Fəal, dəqiq, etibarlı, yüksək məsuliyyət sahibi, danışıqlar aparmaq bacarığı olan və stresə davamlı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.