Professional İT MMC Professional İT MMC
  • 126

DevOps / MLOps Engineer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

DevOps / MLOps Engineer

  • Deadline 26 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət haqqinda

2009-cu ildən fəaliyyət göstərən "Professional IT" MMC ölkə miqyasında yüzlərlə rəqəmsal transformasiya layihəsini uğurla həyata keçirib. Biz dövlət, özəl və sənaye sektorları üçün mürəkkəb proqram təminatı həlləri və biznes avtomatlaşdırılması təqdim edirik. Hazırda müasir texnologiyalara və uzunmüddətli tərəfdaşlığa əsaslanaraq AI və BI sahəsində sürətlə genişlənirik.

 

Vəzifə haqqında

DevOps / MLOps Engineer olaraq siz on-premises, Linux və GPU infrastrukturunda AI model-serving servislərinin, data pipeline-ların, verilənlər bazalarının və backend API-lərinin dayanıqlı fəaliyyətini təmin edəcək, deployment avtomatlaşdırılması, monitorinq və təhlükəsizlik mühitinin qurulmasını həyata keçirəcəksiniz.

Əsas İstiqamət: On-Premises, Linux, GPU

 

Görəcəyiniz işlər

  • Development, test və production mühitlərinin qurulması və idarə olunması.
  • Data pipeline-ların, API-lərin, verilənlər bazalarının və AI model servislərinin istismarı.
  • Deployment və release proseslərinin avtomatlaşdırılması.
  • Konteynerlərin və dependency-lərin idarə olunması.
  • PostgreSQL monitorinqi, backup və recovery.
  • Skript və systemd timers vasitəsilə planlaşdırılmış proseslərin idarə olunması.
  • GPU mühitlərinin və model-serving servislərinin qurulması.
  • GPU, API, database və data pipeline monitorinqi.
  • Secrets, TLS, giriş hüquqları, loglar, metriklər və alert-lərin idarə olunması.
  • Release və rollback mexanizmlərinin qurulması.
  • Backup və disaster-recovery sınaqlarının keçirilməsi.
  • Zəruri olduqda Power BI Gateway və şəbəkə inteqrasiyasının dəstəklənməsi.

 

Sizdən Gözləntilərimiz

  • Linux sistemlərinin istismarı üzrə güclü təcrübə.
  • Bash və Python.
  • Git və deployment automation.
  • Konteynerləşdirmə təcrübəsi.
  • PostgreSQL-in istismarı.
  • GPU və CUDA mühitləri ilə praktiki iş.
  • Şəbəkə, storage, permissions, monitoring və troubleshooting bilikləri.
  • DEV / TEST / PROD mühitlərinin ayrılması üzrə təcrübə.
  • Log, monitoring, alert, secrets və TLS ilə iş təcrübəsi.

 

Əlavə üstünlüklər

  • MLOps təcrübəsi.
  • On-premises AI infrastrukturu.
  • Model serving.
  • GPU optimallaşdırılması.
  • Power BI infrastrukturu və Gateway təcrübəsi.

 

Təklif etdiyimiz

  • Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
  • Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
  • Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
  • Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
  • Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.



Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (DevOps / MLOps Engineer) qeyd edərək [email protected] e-poçt ünvanına göndərə bilərsiniz. 

 

 

  • Daily77
  • Weekly192
  • Monthly2164