P ProMedia Group

ProMedia Group

IT mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT mütəxəssisi

  • Deadline 20 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • İstifadəçilərə texniki dəstək (Helpdesk): kompüter və proqram təminatı problemlərinin diaqnostikası və həlli;
  • Ofis avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidməti;
  • Şəbəkə infrastrukturu üzrə işlər: router, switch və Wi-Fi avadanlıqlarının sazlanması, diaqnostikası və idarə olunması;
  • Şəbəkə protokollarının (TCP/IP, VLAN, DHCP, NAT) tətbiqi və optimallaşdırılması;
  • Windows Server və Linux əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və yenilənməsi;
  • Active Directory mühitində istifadəçilərin idarə olunması, qruplar və icazələrin təyin edilməsi;
  • Serverlərdə ehtiyat nüsxələrin yaradılması və məlumatların bərpası;
  • Audio və video protokolları ilə işləmə (NDI, RTMP, SRT, Dante və s.);
  • Streaming həllərinin qurulması və idarə olunması, o cümlədən vMix proqramından istifadə;
  • Veb-saytların işlənməsi və ya mövcud sayt üzərində dəyişikliklərin aparılması;
  • CCTV və DVR/NVR sistemləri: Kameraların quraşdırılması, şəbəkəyə qoşulması, görüntülərin qeydiyyatı və arxivləşməsi;
  • IP-telefonların quraşdırılması və idarə olunması;
  •  VoIP xidmətləri və sistemlərinin sazlanması;
  • İT infrastrukturunun vəziyyətini izləmək üçün monitorinq vasitələrindən istifadə (məsələn, Zabbix, PRTG və ya Nagios);
  • İT infrastrukturu ilə bağlı dövri hesabatların hazırlanması və şəbəkə, sistemlərin vəziyyəti barədə rəhbərliyə müntəzəm məlumat verilməsi;
  • Şəbəkə və İT avadanlıqlarının uçotunun aparılması və saxlanması;
  • Müxtəlif backup həlləri (Acronis, Veeam, QNAP və s.) üzrə bilik və təcrübə;
  • İnternet kabeli çəkmək və şəbəkə montajı ilə bağlı əsas biliklər və təcrübə.
  • Yaranan problemlərə qeyri-iş vaxtlarında lazım olduqda məsafədən (remote) dəstək göstərmək.
  • Kamera və Access Control sistemləri ilə işləmə bacarığı, quraşdırma və texniki dəstək üzrə biliklər;

Namizədə tələblər:

  • 20 – 35 yaş arası 
  • IT dəstək, sistem və ya şəbəkə inzibatçılığı sahəsində ən azı 2 il iş təcrübə;
  • Şəbəkə avadanlıqları (MikroTik, Cisco, TP-Link, Ubiquiti və s.) ilə işləmə bacarığı;
  • Streaming və canlı yayım texnologiyaları üzrə biliklər;
  • İP kamera və access control sistemləri üzrə bilik və təcrübə;
  • Windows Server, Active Directory və Linux sistemləri ilə işləmə təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi üzrə əsas biliklər (Firewall, VPN, antivirus proqramları);
  • Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi;
  • Analitik düşüncə, problemləri operativ həll etmə və komandada işləmə bacarığı.

Üstünlüklər (Arzuolunan):

  • Virtualizasiya texnologiyaları (VMware, Hyper-V) üzrə biliklər;
  • Bulud həlləri (Microsoft Azure,Google Cloud) ilə işləmə təcrübəsi;
  • İT sahəsində beynəlxalq sertifikatların mövcudluğu (MikroTik, Cisco, Microsoft, CompTIA və s.);
  • Təhlükəsizlik və Firewall (Firewall, VPN) üzrə biliklər;
  • Kamera sistemləri (CCTV) və video monitorinq həlləri üzrə təcrübə.

Şərtlər: 

  • Rəsmi əmək müqaviləsi;
  • Səmimi iş mühiti və müasir texnologiyalarla işləmə fürsəti;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti

İş şəraiti:

  • Tam iş rejimi 
  • İş qrafiki – 09:00-18:00 
  • İş günləri – 5 (beş) günlük 
  • Əmək haqqı – 900-1000 azn 

Uyğun namizədlər CV formasını mail vasitəsilə qedy edilmiş elektron poçt adresinə göndərib subject hissəsinə İT mütəxəssisi qeyd etsinlər.

  • Daily6
  • Weekly253
  • Monthly1930