Satış üzrə kiçik mütəxəssis

  • Deadline 19 November 2026

Tələblər:

·       Yaş həddi: 20+ yaş;

·       Ali təhsil;

·       İş təcrübəsi tələb olunmur;

·       Öyrənməyə həvəsli və peşəkar inkişafına maraqlı namizədlərə üstünlük verilir;

·       Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

·       Rus dili biliyi — orta və ya daha yüksək səviyyədə;

·       İngilis dili biliyi — orta səviyyədə;

·       Güclü ünsiyyət və təqdimat bacarıqları, fikirlərini aydın ifadə etmək qabiliyyəti;

·       Komanda ilə işləmək bacarığı;

·       Satış sahəsinə maraq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;

·       Ağır texnika, xüsusi təyinatlı texnikalar və ehtiyat hissələri haqqında öyrənməyə maraq;

·       Müştərilərlə uzunmüddətli işgüzar münasibətlər qurmaq və satış bacarıqlarını inkişaf etdirmək istəyi.

Vəzifə və öhdəliklər:

·       Ağır texnika və ehtiyat hissələrinin satışının həyata keçirilməsi;

·       Potensial müştərilərin axtarışı və yeni müştərilərin cəlb edilməsi;

·       Mövcud müştərilərlə əlaqələrin qurulması və davamlı əməkdaşlığın təmin edilməsi;

·       Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun texnika və ehtiyat hissələrinin təklif olunması;

·       Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;

·       Satış danışıqlarının aparılması və sifarişlərin izlənilməsi;

·       Müştəri müraciətlərinin və satış məlumatlarının CRM sisteminə daxil edilməsi və yenilənməsi;

·       Satış planlarının yerinə yetirilməsi və satış nəticələri barədə hesabatların hazırlanması;

·       Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması.

İş şəraiti:

 

·       Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;

·       Sınaq müddəti- 3 ay;

·       İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;

  • Əmək haqqı: 800-1000 AZN (net) + hər satışdan bonus.
  • Korporativ nomrə;
  • Müştərilərlə görüşlərə gedilən zaman taksi xərclərinin ödənilməsi;

 

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.

 

·       Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected]  elektron ünvanına mövzu hissəsinə “Satış üzrə kiçik mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.

 

  • Daily93
  • Weekly328
  • Monthly1749