Marketoloqun əsas vəzifələri:
- Bazar və rəqiblərin təhlili
- Hədəf auditoriyanın, bazar trendlərinin və rəqiblərin araşdırılması.
- Marketinq tədqiqatlarının və sorğuların keçirilməsi.
- Marketinq strategiyasının hazırlanması və icrası
- Effektiv reklam və satış kanallarının müəyyənləşdirilməsi.
- Marketinq kampaniyalarının və aksiyaların hazırlanması və həyata keçirilməsi.
- Reklam və tanıtım işləri
- Google Ads, Facebook Ads, Instagram və digər reklam platformalarında reklamların idarə edilməsi və optimizasiyası.
- Brendin tanıdılması üçün müxtəlif media kanallarının istifadəsi.
- Kontent marketinqi
- Sayt, blog, email marketinq və sosial media üçün məzmun yaradılması və redaktə edilməsi.
- Dizaynerlər və kopirayterlərlə əməkdaşlıq.
- SEO və sayt idarəçiliyi
- Saytın axtarış sistemlərinə optimizasiyası (SEO).
- Saytın funksionallığının və istifadəçi təcrübəsinin yaxşılaşdırılması.
- Sosial media marketinqi (SMM)
- Sosial şəbəkə hesablarının idarə olunması, kontent planının hazırlanması.
- Aksiyalar, müsabiqələr və influenserlərlə əməkdaşlıq.
- Marketinq fəaliyyətlərinin effektivliyinin analizi
- Google Analytics, Yandex Metrica və digər analitik alətlər vasitəsilə nəticələrin təhlili.
- ROI və KPI göstəricilərinin izlənilməsi və təkmilləşdirmə üzrə təkliflər.
- Partnyorlar və podratçılarla əməkdaşlıq
- Reklam agentlikləri, KOL-lar (blogerlər), media və digər tərəfdaşlarla iş.
- Tədbirlərin, sərgilərin və PR fəaliyyətlərinin təşkili.
İş yeri, qrafik və digər şərtlər:
- Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2
- İş yeri: Elmlər Akademiyası metro stansiyası (Əbdürrəhim Bəy Haqverdiyev küç.)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Əmək haqqı: 1500-2000 AZN
- Rahat iş mühiti və peşəkar inkişaf imkanları.
Namizədə dair tələblər:
- Ali Təhsil
- Sosial Media Marketinqində biliklər
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
- Kompüter bilikləri: MS Office və Canva
- Meta Business Suite, Google Ads, Google Analytics, CRM and Email Marketing işləmə bacarığı;
- Pozitiv, enerjili, kommunikativ və kollektivlə işləmə bacarığı
- İş təcrübəsi: 2-3 il
- Kreativ düşüncə və yenilikçi yanaşma
- Məsuliyyətli, diqqətçil
- Müştəri yönümlü düşüncə və nəticə əldə etməyə meyilli olmaq
Qeyd:
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər “mövzu” yerinə “Marketoloq” qeyd etməklə CV-lərini elektron poçt ünvana təqdim edə bilərlər.