Tələblər:
- Tikintiyə aid texnikalar və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi,
- Ali təhsil - Kommersiya və ya texniki təhsil
- Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
- Əsas iqtisadi biliklər
- Azərbaycan dili – sərbəst; Rus dili-əla ,İngilis dili –orta;
- Komanda ilə işləmə bacarığı
- Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
- Satış etmə bacarığı;
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
- Servis və ehtiyat hissələrinin servisi üzrə ümumi anlayışın olması
Vəzifə və öhdəliklər:
- Tikintiyə aid texnikalar və qaldırıcı avadanlıqların satışını həyata keçirmək
- “PROMEXTECH AZ” MMC kanalında satış planları və hədəflərə nail olmaq, müştəri həcminin sayının və müştəri məmuniyyətini artırılması istiqamətində işlər görmək;
- Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və düzgün doğru məlumatı təqdim etmək;
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək;
- Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
- Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
- Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək.
- Bazar potensialının təhlili və bazar potensialından istifadə
- Yeni müştərilərin tapılması,
- Proqram təminatından sistemli istifadə etmək
- İstənilən halda müştərilərlə danışıqların etik qaydalada uyğun aparılması
- Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək və dəstək olmaq
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma.
- Sınaq müddəti- 3 ay;
- İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.