Proshine MMC komandası üçün “Satışa Dəstək üzrə Mütəxəssis” vakansiyası elan edir.
İş barədə:
- Müqavilələrin hazırlanması və izlənilməsi
- Təhvil-təslim sənədlərinin sistemə əlavə olunması və izlənməsi
- Qol çəkilmiş sənədlərin arxivləşdirilməsi və nəzarəti
- Korporativ satış proseslərində sənəd və əməliyyat dəstəyi
Tələblər:
- Ofis proqramlarını bilməsi vacibdir (Word, Excel və s.)
- Məsuliyyətli və diqqətli olmaq
- Sənədlərlə işləmə bacarığı
- Operativ və çevik işləmə qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- Təcrübə üstünlükdür, iş prosesi öyrədiləcək
İş şəraiti:
- Əmək haqqı: 450 – 500 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə / 09:00 – 18:00
- Şənbə və bazar istirahət günləridir
- Ünvan: H. Əliyev prospekti 95B, Qafqaz Biznes Mərkəzi
Maraqlanan namizədlər CV-lərini PDF formatında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.