Proshine MMC komandasına məsuliyyətli, intizamlı və uzunmüddətli əməkdaşlığa maraqlı Sürücü axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin təmizlik vasitələri və digər məhsullarının Bakı və ətrafı müştərilərə vaxtında çatdırılması;
- Təyin olunmuş marşrut və çatdırılma qrafikinə riayət edilməsi;
- Məhsulların təhvil verilməsi zamanı düzgünlüyə və sənədlərə diqqət yetirilməsi;
- Şirkət avtomobilinin səliqəli və texniki cəhətdən düzgün istifadə olunması;
- Yol hərəkəti qaydalarına ciddi riayət edilməsi;
- İş prosesində anbar, logistika və satış əməkdaşları ilə koordinasiyalı işləmək.
Qeyd: Çatdırılma zamanı sürücünün yanında köməkçi əməkdaş olacaq.
Namizədə tələblər
- Müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
- Bakı şəhərini və əsas yolları yaxşı tanımaq;
- Təhlükəsiz və diqqətli avtomobil idarəetmə bacarığı;
- Məsuliyyətli, diqqətli, punktual və intizamlı olmaq;
- İşə və şirkət əmlakına qayğı ilə yanaşmaq;
- Komandada işləmə bacarığı;
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət;
- Zərərli vərdişlərin iş prosesinə təsir etməməsi;
- Uzunmüddətli və stabil iş yerində çalışmağa maraqlı olmaq.
İş şəraiti
- Əmək haqqı: 650–700 AZN
- İş qrafiki: I–VI günlər
- VI gün – yarım iş günü
- Tam rəsmi iş yeri və əmək müqaviləsi
- Stabil və uzunmüddətli iş imkanı
- İş prosesində sürücüyə köməkçi əməkdaşın ayrılması
- Özünü iş prosesində nümunəvi göstərən, məsuliyyətli və yüksək nəticə nümayiş etdirən əməkdaşlar üçün gələcəkdə əlavə bonus və mükafatlandırma imkanları
Maraqlanan namizədlər CV-lərini PDF formatında, e-mailin mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.