PROSYS LLC PROSYS LLC
  • 205

PROSYS LLC

Other

Biznes Analitik (HRM Proqram təminatı üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biznes Analitik (HRM Proqram təminatı üzrə)

  • Истекает 15 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

HRM sistemlərinin rəqəmsallaşdırılmasında rol almaq istəyirsiniz?
Biz HRM (Human Resource Management) - ƏMƏK HAQQI HESABLANMASI sahəsində proqram təminatının işlənib hazırlanması və tətbiqi prosesində Biznes Analitik kimi komandamıza qoşulacaq peşəkar axtarırıq!
Əgər siz analitik düşüncəyə, HR prosesləri sahəsində biliklərə malik və rəqəmsal həllərlə biznesin inkişafına töhfə vermək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (full-time)
Sizdən nələri gözləyirik?

  • Analitik təfəkkür və detallara diqqət;
  • Mühasib, insan resursları, əmək haqqı hesablanması və oxşar sahələrdə minimum 3 il iş təcrübəsi;
  • HRM sistemlərinin tətbiqi və inkişafı üzrə layihələrdə iştirak;
  • Əmək qanunvericiliyi, payroll, kadr uçotu, HR strategiyaları sahəsində bilik;
  • Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması bacarığı arzuolunandır;
  • Komandada işləmə bacarığı və problemi yaradıcı yanaşma ilə həll etmək;
  • SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
  • Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmə bacarığı arzuolunandır;
  • Agile və SCRUM metodologiyaları ilə tanışlıq arzuolunandır;
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür.Görəcəyiniz işlər:
  • Müştəri tələblərinin toplanması və detallı analizi;
  • Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
  • SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;
  • Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;
  • Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;
  • Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;
  • Proqram təminatını sınaqdan keçirmək;
  • Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;
  • Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

  • Rəqabətə davamlı əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq);
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar);
  • Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
  • Dostyana və dinamik iş mühiti.

Müraciət etmək üçün:

  • Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunuzsa, mövzu yerində "Biznes Analitik (HRM)" yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

HR proseslərinin rəqəmsallaşdırılmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!

  • Daily0
  • Weekly493
  • Monthly1280