Product Owner (HRMpro)

  • Истекает 14 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat, ofisdə (5 günlük iş həftəsi, 09:00–18:00)

PROSYS MMC komandamıza HRMpro proqram təminatının inkişafına rəhbərlik edəcək Product Owner axtarır!

HRMpro insan resurslarının idarə edilməsi, kadr uçotu, əməkhaqqı hesablanması, iş vaxtının uçotu və digər HR proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır.

Bu vəzifədə əsas rolunuz məhsulun inkişaf istiqamətini müəyyənləşdirmək, biznes tələblərini təhlil etmək, prioritetləşdirmək və texniki komanda ilə birlikdə funksionallıqların düzgün hazırlanmasını təmin etmək olacaq.

Vəzifə öhdəlikləri

  • HRMpro məhsulunun inkişaf strategiyasının və yol xəritəsinin (Product Roadmap) formalaşdırılmasında iştirak etmək;
  • Məhsul üzrə tələbləri toplamaq, təhlil etmək, prioritetləşdirmək və Product Backlog-u idarə etmək;
  • Kadr uçotu, əmək müqavilələri, işə qəbul, məzuniyyətlər, iş vaxtının uçotu və əməkhaqqı hesablanması kimi HR proseslərini təhlil etmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
  • Əmək qanunvericiliyində və əlaqəli normativ-hüquqi aktlarda baş verən dəyişikliklərin HRMpro funksionallığına təsirini qiymətləndirmək;
  • Biznes ehtiyaclarını funksional tələblərə, User Story və Acceptance Criteria-lara çevirmək;
  • Biznes analitiklər, proqramçılar və test komandası ilə sıx əməkdaşlıq edərək məhsulun inkişaf prosesini koordinasiya etmək;
  • Hazırlanmış funksionallıqları yoxlamaq, nəticələri qiymətləndirmək və qəbul prosesində iştirak etmək;
  • Müştərilərdən və daxili komandalardan daxil olan təklifləri təhlil etmək, məhsulun təkmilləşdirilməsi üzrə həllər hazırlamaq;
  • Məhsulun inkişaf mərhələlərini izləmək, prioritetləri və gözlənilən nəticələri müvafiq tərəflərlə razılaşdırmaq.

Tələblər

  • Product Owner, Business Analyst, Project Manager və ya oxşar istiqamətdə minimum 3 il iş təcrübəsi;
  • Proqram təminatının hazırlanması və ya tətbiqi layihələrində praktiki təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlar üzrə yaxşı bilik;
  • Kadr uçotu, əmək müqavilələri, məzuniyyətlərin rəsmiləşdirilməsi, iş vaxtının uçotu və əməkhaqqı hesablanması proseslərini anlamaq;
  • Əməkhaqqı, məzuniyyət haqqı, son haqq-hesab və müvafiq tutulmaların hesablanma prinsipləri barədə praktiki bilik;
  • Biznes ehtiyaclarını müəyyənləşdirmək, təhlil etmək və texniki komandaya aydın şəkildə təqdim etmək bacarığı;
  • User Story, Acceptance Criteria və funksional tələblərin hazırlanması üzrə bilik və təcrübə;
  • Agile/Scrum metodologiyası və məhsulun inkişaf prinsiplərini anlamaq;
  • Jira və ya digər tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə, prioritetləşdirmə və qərarvermə bacarığı;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.

Üstünlük hesab olunur

  • HRM və ya ERP proqram təminatlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə;
  • HR, kadr uçotu, əməkhaqqı hesablanması və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
  • Product Backlog, Roadmap və Sprint Planning proseslərinin idarə edilməsi təcrübəsi;
  • BPMN vasitəsilə biznes proseslərinin modelləşdirilməsi;
  • SQL üzrə ilkin biliklər;
  • MS Project və ya digər layihə idarəetmə alətləri ilə işləmək təcrübəsi;
  • İngilis dili üzrə texniki sənədləri oxumaq bacarığı.

Biz nə təklif edirik?

  • Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
  • Ölkədə müxtəlif təşkilatlarda istifadə olunan HRM məhsulunun inkişafında iştirak imkanı;
  • Təcrübəli biznes analitiklər, proqramçılar və test mütəxəssisləri ilə əməkdaşlıq;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

CV-nizi mövzu sətrində “Product Owner (HRMpro)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.

HRM proseslərini rəqəmsal həllərə çevirən komandaya qoşulun!

  • Daily81
  • Weekly448
  • Monthly449