Sistem İnzibatçısı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sistem İnzibatçısı

  • Deadline 16 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

PROSYS MMC olaraq komandamıza şirkətin İT infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək, server və şəbəkə sistemlərinin idarə olunmasında təcrübəli Sistem İnzibatçısı axtarırıq!

Əgər server texnologiyaları, şəbəkə avadanlıqları və informasiya təhlükəsizliyi sahəsində təcrübəniz varsa, peşəkar komandamızın bir hissəsi olmağa dəvət edirik. 

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat

Tələblər

  • Ali təhsil
  • Ən azı 3 il iş təcrübəsi
  • Windows Server əməliyyat sistemləri ilə iş təcrübəsi
  • Linux əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası üzrə biliklər
  • VMware platforması ilə iş təcrübəsi
  • OSI modeli və TCP/IP protokolları üzrə biliklər
  • VoIP texnologiyaları və SIP, H.323 kimi protokollar haqqında biliklər
  • Şəbəkə təhlükəsizliyi (Firewall, VPN, IPSec və s.) üzrə biliklər
  • Simsiz şəbəkələrin qurulması və idarə olunması üzrə təcrübə
  • Active Directory mühitində istifadəçilərin idarə olunması bacarığı
  • Şəbəkə və informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi
  • Müştərilərlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
  • Komandada işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq
  • Müvafiq beynəlxalq sertifikatlara (CCNA, MCSA, MCSE, VMware və s.) malik namizədlərə üstünlük verilir.

Sizi hansı işlər gözləyir?

  • Windows və Linux əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və administrasiyası
  • Şəbəkə avadanlıqlarının (aktiv və passiv) quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi
  • Hardware və software səviyyəsində yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
  • VMware virtual mühitinin quraşdırılması və idarə olunması
  • VoIP, IP PBX və videokonfrans sistemlərinin quraşdırılması və konfiqurasiyası
  • CCTV sistemlərinin (DVR, analoq və IP kameralar) quraşdırılması və sazlanması
  • Simsiz şəbəkələrin və modemlərin konfiqurasiya olunması
  • Active Directory üzərində istifadəçilərin və giriş hüquqlarının idarə olunması
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi və monitorinqin aparılması
  • Sistem və avadanlıq loqlarına nəzarət olunması
  • Ehtiyat nüsxələrin (Backup) yaradılması və idarə olunması
  • Kommunikasiya xətlərində yaranan nasazlıqların operativ aradan qaldırılması
  • İT infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki dəstəyin göstərilməsi

İş şəraiti

  • Həftənin 5 iş günü saat 09:00 – 18:00
  • Şənbə və bazar – istirahət günləri
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sistem İnzibatçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

İT infrastrukturunun etibarlı və təhlükəsiz idarə olunmasına töhfə verin, peşəkar inkişafınızı PROSYS komandasında davam etdirin!

  • Daily65
  • Weekly579
  • Monthly1671