Protranslate Center tərcümə şirkəti komandamıza Rus dilindən Azərbaycan dilinə tərcüməçi axtarır.
Əsas tələblər:
- Rus və Azərbaycan dillərini yüksək səviyyədə bilmək;
- Rus dilindən Azərbaycan dilinə peşəkar tərcümə etmək bacarığı;
- Sənədlərlə işləmək bacarığı;
- Azərbaycan dilinin qrammatika və orfoqrafiya qaydalarını yüksək səviyyədə bilmək;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Ünsiyyət bacarığının yüksək olması;
- Tərcümə sahəsində iş təcrübəsi arzuolunandır.
İş öhdəlikləri:
- Rus dilindən Azərbaycan dilinə müxtəlif növ sənədlərin tərcüməsi;
- Tibbi sənədlərin, tibbi arayışların, epikrizlərin və digər tibbi sənədlərin tərcüməsi;
- Rəsmi və hüquqi sənədlərlə işləmək;
- Tərcümələrin düzgünlüyünü və keyfiyyətini yoxlamaq;
- Sənədlərin məzmununa və formatına diqqət yetirmək.
İş şəraiti
- İş qrafiki: Həftədə 6 iş günü. saat 09:00 – 18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Əlaqə: +994 50 101 00 28
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərə və ya göstərilən telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Protranslate Center — peşəkar komandanın bir hissəsi olun!