Proven Mebel şirkətinə Satış meneceri tələb olunur.
Fəaliyyət sahəsi:
- Korporativ mebellər
- Ev mebelləri
- Mağaza mebelləri
- Coffee shop və obyekt mebelləri
Vəzifə öhdəlikləri:
- Müştərilərlə görüş və danışıqların aparılması
- Satış prosesinin idarə olunması
- Yeni müştərilərin cəlb olunması
- Layihələrin təqdimatı və kommersiya təkliflərinin hazırlanması
- Müştəri məmnuniyyətinin təmin olunması
Tələblər:
- Mebel sahəsində minimum 3–5 il iş təcrübəsi
- Satış bacarıqları və yüksək ünsiyyət qabiliyyəti
- Korporativ müştərilərlə işləmə təcrübəsi
- İstehsalat prosesi və mebel materialları barədə bilik
- Mebel istehsalı və texniki tərəflərdən anlayışlı olmaq
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Rus dili biliyi üstünlükdür
İş şərtləri:
- İş saatı: 09:00 – 18:00
- İş günləri: Bazar ertəsi – Cümə
- Əmək haqqı + KPI və bonus sistemi
- Dinamik və istehsal yönümlü iş mühiti
- Peşəkar inkişaf və karyera imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.