Proven TTL Proven TTL
  • 123

Proven TTL

Sənaye

Tədbir və BTL Layihələri üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tədbir və BTL Layihələri üzrə Menecer

  • Deadline 20 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

PROVEN TTL komandası üçün Tədbir və BTL Layihələri üzrə Menecer axtarılır!

Komandamıza yaradıcı düşüncəyə sahib, layihələri idarə edə bilən və şirkəti peşəkar şəkildə təmsil edəcək Reklam və BTL Layihələri üzrə Menecer axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Reklam və BTL layihələrinin hazırlanması və idarə olunması;
  • Kreativ ideyaların hazırlanması və təqdim edilməsi;
  • Tədbirlərin planlanması və təşkilinin koordinasiyası;
  • Müştərilərlə görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
  • Layihələrin büdcə, zaman və icra prosesinə nəzarət;
  • Təchizatçılar və tərəfdaşlarla koordinasiyanın aparılması;
  • Şirkətin xidmətlərinin satış yönümlü təqdim olunması;
  • Global və lokal müştərilərlə əlaqələrin idarə olunması və əməkdaşlığın inkişaf etdirilməsi;
  • Layihələrin icrası zamanı operativ problemlərin həll edilməsi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Reklam, marketinq, tədbir təşkili və ya BTL sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kreativ düşüncə və ideya təqdim etmə bacarığı;
  • Layihələrin idarə olunması və koordinasiya bacarığı;
  • Güclü kommunikasiya və təqdimat qabiliyyəti;
  • Satış və müştəri yönümlü yanaşma;
  • Operativ və gərgin iş qrafikində işləmə bacarığı;
  • KPI sistemi ilə işləmə və nəticəyönümlü yanaşma;
  • Bir neçə layihəni paralel şəkildə idarə etmə bacarığı;
  • Problem həll etmə və sürətli qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili biliyi (global müştərilərlə iş təcrübəsinə görə üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, punktual və komandada işləmək bacarığı.

İş şərtləri:

  • İş saatı: 09:00 – 18:00
  • İş günləri: Bazar ertəsi – Cümə
  • Əmək haqqı 1200-1500 Azn + bonus sistemi
  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • KPI əsaslı motivasiya və inkişaf imkanları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly643
  • Monthly2028