AI Engineer (Mid / Senior)

  • Истекает 14 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rol haqqında

  • Komandamız üçün Mid / Senior AI Engineer axtarırıq.
  • Bu rol əsasən LLM əsaslı tətbiqlərin, Agentic AI sistemlərinin və Speech AI həllərinin hazırlanmasına fokuslanır.
  • Biz sadəcə AI modellərindən istifadə edən deyil, onları real sistemlərə inteqrasiya edə bilən, agent workflow-ları dizayn edib qura bilən, səs əsaslı AI texnologiyaları ilə işləyə bilən və production səviyyəli AI tətbiqləri hazırlaya bilən mühəndis axtarırıq.

Tələblər

  • Computer Science, Software Engineering, Artificial Intelligence və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalent praktiki təcrübə
  • AI Engineering, Applied AI və ya əlaqəli minimum 2 il praktiki iş təcrübəsi
  • Python üzrə güclü bilik və production səviyyəli tətbiqlərin hazırlanması təcrübəsi
  • Real layihələrdə Large Language Models (LLMs) və Generative AI texnologiyaları ilə praktiki iş təcrübəsi
  • OpenAI, Anthropic, Gemini və ya open-source LLM-lərin API və SDK-ları ilə işləmək təcrübəsi

Aşağıdakı istiqamətlər üzrə praktiki təcrübə:

  • Prompt engineering
  • Structured outputs
  • Function / Tool Calling
  • Embeddings
  • RAG
  • Vector search
  • Context management
  • Agentic AI sistemlərinin hazırlanması və ya bu sistemlərlə işləmək təcrübəsi, o cümlədən:
  • Multi-step workflows
  • Task planning
  • Tool integration
  • State və memory management
  • Agent orchestration
  • LangGraph, LangChain, LlamaIndex, AutoGen və ya oxşar framework-lərlə işləmək təcrübəsi
  • Speech AI texnologiyaları ilə praktiki iş təcrübəsi:
  • Automatic Speech Recognition (ASR / Speech-to-Text)
  • Text-to-Speech (TTS)
  • Real-time voice sistemlərində latency, interruption handling, streaming və conversation flow prinsiplərini anlamaq
  • AI modelləri və servislərini digər sistemlərlə REST API, WebSocket və ya oxşar inteqrasiya mexanizmləri vasitəsilə inteqrasiya etmək təcrübəsi
  • Texniki problemləri müstəqil şəkildə analiz etmək və uyğun həll arxitekturasını seçmək bacarığı

Üstünlük hesab edilən təcrübələr

  • Computer Vision üzrə praktiki iş təcrübəsi
  • Real-time AI və multimodal sistemlərlə işləmək təcrübəsi
  • Voice agent və ya conversational AI sistemlərinin hazırlanması təcrübəsi
  • MCP, multi-agent sistemləri və agent orchestration yanaşmaları ilə tanışlıq
  • On-premise AI deployment və ya self-hosted model infrastrukturu ilə işləmək təcrübəsi

Proxima Tech Solutions süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər sahəsində miqyaslana bilən, təhlükəsiz və fərdi ehtiyaclara uyğun həllər təqdim edən texnologiya şirkətidir.

AI komandamız prototip mərhələsindən kənara çıxaraq real məhsulların, enterprise workflow-ların və müştəriyönümlü həllərin bir hissəsinə çevrilən praktik və production-ready AI sistemlərinin hazırlanmasına fokuslanır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily48
  • Weekly48
  • Monthly1146