Psixologiya Elmi-Tədqiqat İnstitutu güclü satış komandasında çalışacaq, nəticəyönümlü və aktiv ünsiyyət bacarığına malik Satış Mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
- Müəssisənin məhsul və xidmətlərinin (təlimlər, layihələr, B2B xidmətlər) aktiv satışı
- Gündəlik, həftəlik və aylıq satış planlarının yerinə yetirilməsi
- Daxil olan müraciətlərin satışa çevrilməsi və müştəri ilə müntəzəm təqib
- Yeni müştərilərin cəlb olunması və müştəri bazasının genişləndirilməsi
- Telefon zəngləri, WhatsApp, e-mail və canlı görüşlər vasitəsilə satış prosesinin aparılması
- Müştəri etirazlarının peşəkar şəkildə idarə olunması və satışa çevrilməsi
- CRM sistemi üzərindən müştəri məlumatlarının düzgün aparılması
- Canlı təqdimatlar: universitetlərdə, məktəblərdə, təşkilatlarda təqdimatların keçirilməsi
- Rəqib analizi aparmaq və satışın artırılması üçün təkliflər vermək
Namizədə tələblər:
- Ali təhsil (mütləq deyil, üstünlükdür)
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- B2B və B2C satış prinsipləri üzrə nəzəri və praktiki biliklər
- Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı
- Aktiv, məsuliyyətli və nəticə yönümlü iş tərzi
- CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür
- Azərbaycan dili – səlis
- İngilis dili – orta səviyyə arzuolunandır
- Səliqəli görünüş və peşəkar davranış
Biz nə təklif edirik:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- Performansa əsaslanan motivasiya proqramları
- Rəsmi əmək müqaviləsi
- Peşəkar satış mühiti və güclü komanda
- Real inkişaf və karyera yüksəlişi imkanı
- Dövlət və özəl qurumlarla aktiv əməkdaşlıq mühiti
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində qeyd edin: “Satış Mütəxəssisi”