Push30 haqqında
Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir.
Əsas vəzifə öhdəlikləri
- API-lər üçün test case və test ssenarilərinin hazırlanması və icrası;
- Funksional, regression, API və UAT testlərinin planlaşdırılması və aparılması;
- Mobil tətbiqin əsas funksionallıqlarının, o cümlədən payment, subscription və login/signup proseslərinin test edilməsi;
- Admin panel funksionallıqlarının test edilməsi;
- Biznes tələblərinin analiz edilərək test ssenarilərinə çevrilməsi;
- Bug-ların aşkarlanması, prioritetləşdirilməsi, sənədləşdirilməsi və izlənilməsi;
- Test planları və QA sənədlərinin hazırlanması;
- UAT ssenarilərinin hazırlanması və UAT prosesinin koordinasiyası;
- Release öncəsi keyfiyyət yoxlamalarının aparılması və “go/no-go” qərarına dəstək;
- Test nəticələri və əsas keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması;
- Development, Product və digər komandalarla sıx əməkdaşlıq;
- Sprint Planning, Daily Stand-up və Retrospective görüşlərində iştirak;
- AZ, UZ və KZ bazarları üzrə lokalizasiya və regional xüsusiyyətlərin test edilməsi.
Əsas tələblər
- QA / Software Testing sahəsində minimum 2–3 il iş təcrübəsi;
- API testing üzrə praktiki təcrübə (Postman, Swagger və s.);
- Mikroservis arxitekturasının test edilməsi üzrə təcrübə;
- SQL biliyi;
- Test case, test ssenarisi və QA sənədlərinin hazırlanması bacarığı;
- UAT prosesləri üzrə təcrübə;
- iOS və Android mobil tətbiqlərinin test edilməsi təcrübəsi;
- Bug report və test report hazırlamaq bacarığı;
- Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Cross-functional komandalarla effektiv əməkdaşlıq;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət.
Arzuolunan bacarıqlar
- Payment və subscription sistemlərinin test edilməsi üzrə təcrübə;
- Flutter əsaslı tətbiqlərin test edilməsi üzrə təcrübə;
- Performance / load testing üzrə bilik;
- CI/CD prosesləri barədə anlayış;
- Fintech və ya maliyyə məhsullarında QA təcrübəsi;
- Rus dili biliyi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.