Əsas vəzifə və öhdəliklər
- İdman zalının bar hissəsində müştərilərə yüksək xidmət standartlarına uyğun xidmət göstərmək;
- Protein kokteylləri, qəhvə, sərinləşdirici içkilər və menyuda təqdim olunan digər məhsulları hazırlamaq və təqdim etmək;
- Müştərilərə məhsullar haqqında məlumat vermək və onların ehtiyacına uyğun seçim etmələrinə kömək etmək;
- Bar məhsullarının (protein, vitamin, enerji içkiləri, qəlyanaltılar və s.) satışını həyata keçirmək;
- Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;
- Məhsul ehtiyatına nəzarət etmək, azalan məhsullar barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Məhsulların son istifadə tarixlərini mütəmadi yoxlamaq və saxlama qaydalarına riayət etmək;
- Bar sahəsinin, avadanlıqların və istifadə olunan inventarın təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Gündəlik satış hesabatlarını hazırlamaq və növbə təhvil-təslimi zamanı müvafiq məlumatları təqdim etmək;
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq, yaranan müraciətləri operativ şəkildə həll etmək;
- Təhlükəsizlik, sanitariya və gigiyena qaydalarına ciddi riayət etmək.
Tələblər
- Qida, içki, kafe, bar və ya müştəri xidməti sahəsində iş təcrübəsi üstünlükdür;
- Kassa sistemi və POS terminalları ilə işləmək bacarığı üstünlükdür.
İş şəraiti
- İş yeri: Atom İdman Zalı (Statistika filialı)
- İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)
Bu vakansiyaya müraciət etmək üçün CV-nizi 15 avqust 2026-cı il tarixinədək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Zəhmət olmasa, email-in mövzu hissəsində “İdman zalının bar işçisi (Bartender)” qeyd edin.