Resepşn (idman zalı)

  • Истекает 30 август 2026

Əsas vəzifə və öhdəliklər

  • İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
  • Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək;
  • Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək;
  • Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək;
  • Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq;
  • Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək;
  • Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;
  • Müştəri bazasını və CRM sistemini aktual saxlamaq;
  • Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq;
  • Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
  • Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.

İş şəraiti

  • İş yeri: Atom İdman Zalı
  • İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Zəhmət olmasa, email-in mövzu hissəsində “Resepşn (idman zalı)” qeyd edin.

  • Daily3
  • Weekly434
  • Monthly2701