Vəzifə öhdəlikləri:
- Elektrik mühəndisliyi üzrə ali təhsil
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
- Elektrik layihələndirmə proqramları ilə işləmə bacarığı (AutoCAD, EPLAN, MS office və s.)
- Elektrik təhlükəsizliyi qaydaları və normativləri haqqında bilik
- Komandada işləmə və məsuliyyətlilik bacarığı
Namizəddən tələblər:
- Tikinti obyektləri üzrə elektrik sistemlərinin layihələndirilməsi və texniki həllərinin hazırlanması
- Layihə sənədlərinin (sxemlər, şit planları, kabelləşmə planı və s.) AutoCAD və ya digər ixtisaslaşmış proqramlarda tərtibi
- Elektrik layihələrinin yerli və beynəlxalq norma və standartlara uyğun hazırlanması
- Aşağı və orta gərginlikli elektrik şəbəkələrinin layihələndirilməsi və texniki hesablamalarının aparılması
- Tikinti sahəsində elektrik montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi
- Elektrik avadanlıqlarının (şit, kabellər, avtomatlaşdırma qurğuları və s.) düzgün seçilməsi və spesifikasiyasının hazırlanması
- Layihələrin həyata keçirilməsi zamanı sahə işçiləri və podratçılarla koordinasiyanın təmin olunması
- Texniki auditlərdə iştirak və layihəyə dair hesabatların hazırlanması
- Layihənin müxtəlif mərhələlərində texniki dəstəyin göstərilməsi və müştəri ilə texniki məsələlərin razılaşdırılması
- İşlərin texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun şəkildə icra olunmasına nəzarət
İş şəraiti:
- İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
- İş qrafiki: I -V günlər
- İş saatı: 09:00-dan 18:00-a
- Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizadən təcrübəsindən asılı olaraq.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Elektrik mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.