Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin texniki sənədlərinin hazırlanması və mövcud layihələrin təhlili
- Layihə planlarının yerli norma və standartlara uyğun tərtibi
- Tikinti işlərinin planlaşdırılması, təşkili və iş qrafikinə uyğun icrasına nəzarət
- Sahədə görülən işlərin layihəyə uyğunluğunu yoxlamaq və texniki nəzarəti həyata keçirmək
- Tikinti materiallarının düzgün seçimi və keyfiyyətinə nəzarət
- Torpaq işləri, beton, armatur, karkas və digər konstruksiyaların düzgün icra olunmasına nəzarət
- Sahə jurnallarının aparılması və gündəlik hesabatların hazırlanması
- Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi
- Subpodratçılar və işçi heyəti ilə koordinasiyanın təşkili
- Layihə rəhbəri və ya texniki direktorla sıx əməkdaşlıq edərək proseslərin vaxtında və düzgün aparılmasını təmin etmək
- Tikinti obyektində yaranan texniki problemlərin operativ şəkildə həllini təmin etmək
Namizəddən tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
- Layihələndirmə proqramları (AutoCAD, Civil 3D, SAP2000 Excel və s.) ilə işləmə bacarığı
- Tikinti normaları və qaydaları haqqında bilik
- Komandada işləmə və məsuliyyətlilik bacarığı
İş şəraiti:
- İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
- İş qrafiki: I -V günlər
- İş saatı: 09:00-dan 18:00-a
- Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizədin təcrübəsindəm asılı olaraq.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “İnşaat mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.